SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
DAHA BİR UĞURLU XEYRİYYƏ ADDIMINA İMZA ATILDI
VİDEO 21:33 / 22.02.2019
Cari ilin 20 fevral tarixində "Dəstək olaq" Uşaq və Gənclərin yardım təşkilatının rəhbəri Aşura Hüseynovanın təşəbbüsüylə Qəbələ rayonu Dızaxlı kənd sakini olan 4 yaşlı Tuncay Cəlilovun göz əməliyyatı keçirilib.
Qeyd edək ki, Tuncay sol gözünün görmə qabiliyətini zərbə nəticəsində itirmiş və ona "Travmatik Katarakta” diaqnozu qoyulmuşdur. Ailə çox kasıb olduğundan təşkilata müraciət etmişlər. Hər zaman dəstək əlini uzadan Aşura Hüseynova bu dəfədə əlini geri çəkmədi. Təşkilat rəhbəri Bakı şəhərində yerləşən Spero Hospitalda öz sözünü demiş həkim - oftalmoloq Anar Abdullayevə müraciət edərək əməliyatın həyata keçirilməsinə köməklik göstərmişdir. Bu əməliyyatın maddi tərəfini  elə Spero Hospital klinikası və dr. Anar Abdullayev üzərinə götürmüşdür (nəzərinizə çatdıraq ki, qeyd olunan əməlliyatın qiyməti 2000 azn civarındadır). Həmin əməliyyatda birbaşa təşkilatın rəhbəri Aşura Hüseynova da iştirak etmişdir. Son məlumata görə əməliyyat olunan Tuncay Cəlilovun  vəziyyəti yaxşıdır və artıq evə buraxılıb.
































Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.