SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Putin tələyə düşür, SSRİ-nin taleyi... – ŞOK PROQNOZ
DÜNYA 17:15 / 21.02.2019

"Bununla Putin demək istəyir ki, Rusiyanın raketləri nəinki Amerikanın Avropadakı müttəfiqlərini, Amerikanın özünü də hədəfə götürəcək”.

Publika.az xəbər verir ki, bunu "Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin fevralın 20-də Federal Şura və Dövlət Dumasına illik müraciətini şərh edərkən deyib.

"Rusiya prezidenti Vladimir Putinin fevralın 20-də Federal Şura və Dövlət Dumasına illik müraciətini diqqətlə dinlədim. Gəldiyim qənaət budur ki, Putin 2000-ci ildən bu yana Rusiya iqtisadiyyatını inkişaf etdirməyə çalışsa da, əldə etdiyi nəticə cüzidir. Özü də çıxışında etiraf etdi ki, Rusiyada hələ də 19 milyon insan yoxsulluq həddində yaşayır. Putin 18 ildir eyni sözləri deyir: "Yoxsulluqla qurtarmalıyıq”, "insanların həyat şəraitlərini artırmalıyıq”, "düşünmək üçün zamanımız yoxdur, hərəkətə keçməliyik” və s. Dəyişən bir şey yoxdur”, - politoloq qeyd edib.

O bildirib ki, Rusiyanın ağır iqtisadi və sosial vəziyyətinə rəğmən, Putin bu dəfə də ABŞ-a meydan sulamağı unutmadı:

"O hətta Amerikaya tuşlaya biləcək raketlərin adlarını çəkdi: "Avanqard”, "Peresvet”, "Kinjal”, "Burevestnik”, "Poseydon” və "Siklon”. Putin sonuncu raketin üzərində xüsusi dayandı. Nüvə başlığı daşıya bilən "Siklon” raketi 9 min kilometr məsafəyə qədər uçur. Bununla Putin demək istəyir ki, Rusiyanın raketləri nəinki Amerikanın Avropaladakı müttəfiqlərini, Amerikanın özünü də hədəfə götürəcək. Heç "soyuq müharibə” illərində Kremldən Vaşinqtona bu cür təhdidlər ünvanlanmırdı”.

Elxan Şahinoğlunun qənaətinə görə, Putin Amerikanın tələsinə düşür:

"Amerikanın elə məqsədi odur ki, 19 milyon yoxsulu olan Rusiya öz maliyyəsini iqtisadiyyata deyil, bahalı raketlərə və başqa hərbi layihələrə xərcləsin. SSRİ-ni də vaxtilə bu yolla dağıtdılar”.

Xatırladaq ki, Rusiya prezidenti Federasiya Şurasına illik müraciətində ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmasını şərh edib və Rusiyanın müdafiə-sənayesi sahəsində son nailiyyətlərindən danışıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.