SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Vaşinqton Ermənistan XİN rəhbəri ilə görüşdən imtina etdi
DÜNYA 13:40 / 21.02.2019

Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib. 

Bununla bağlı Ermənistanın "Qraparak” nəşri Ermənistan XİN-dəki mənbəyə istinadən məlumat yayıb. 

Səfərin ləğv edilməsinə səbəb Ermənistanın Suriyaya xüsusi missiya göndərməsi olub. 

"Mənbə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibinin müavini Con Boltonla danışığı bu məsələdə son nöqtə olub. Bolton Paşinyandan missiyanın göndərilib-göndərilməməsi ilə bağlı açıqlama verməsini istəyib. O isə öz növbəsində məlumatı təsdiqləyib. Bundan sonra Yerevan tərəfindən uzun müddətdir planlaşdırılması üzərində iş gedən görüş ləğv edilib. Ermənistan tərəfinin bütün cəhdləri də nəticəsiz qalıb”, - məlumatda bildirilib. 

Qeyd edilib ki, Ermənistanın Vaşinqtondakı səfiri də bu məsələdə Yerevana yardım edə bilməyib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.