SON XƏBƏRLƏR
21 May 2019
20 May 2019
19 May 2019
Tayvanlı kişi əməliyyatdan imtina edən arvadını və uşaqlarını öldürdü - FOTO
KRİMİNAL 14:15 / 21.02.2019

Tayvan sakini həyat yoldaşını və iki uşağını öldürüb. Buna səbəb qadının sinəsini ikinci dəfə böyütməkdən imtina etməsi olub.

Bu barədə "Daily Mail” nəşri məlumat yayıb.

Pen Huey Ay bundan əvvəl 32 yaşlı əri Vu Men Yunun tələbi ilə bir dəfə sinəsini böyütmə əməliyyatından keçib. 2018-ci ilin noyabr ayından bəri cütlüyün münasibətlərində ciddi münaqişələr ortaya çıxıb və onlar bir müddət ayrı yaşamağa qərar veriblər.

Cütlüyün böyük oğulunun əvvəl dediyinə görə, atası "ideal bədən” quruluşu naminə anasının yenidən bıçaq altına uzanmasını istəyib. Ancaq 34 yaşlı Huey Ay xarici görünüşünü dəyişməkdən imtina edib və boşanmaq istədiyini bildirib.

Sonuncu dəfə mərhumun valideynləri onu və uşaqlarını boşanmanın detallarını müzakirə etmək üçün ərinin yanına yollanan zaman görüb.

Polis Men Yunun dostundan müvəqqəti aldığı taksinin salonunda dörd nəfərin meyitini aşkarlayıb. Qadın ön oturacaqda əlləri bağlı, əyləşmiş vəziyyətdə olub. Doqquz yaşlı oğlan və altı yaşlı qızın cansız bədəni isə arxa oturacaqda olub. Ölüm səbəbi ilə bağlı iki versiya irəli sürülüb.

Əsas versiyaya görə, kişi ailə üzvlərini avtomobildə dəm qazı ilə zəhərləyib. 

İkinci versiyaya əsasən, Men Yu ailə üzvlərini onların qidasına təhlükəli maddə qatmaq yolu ilə zəhərləyib. Bu versiyanı isə avtomobildə "McDonalds” restoranından alınmış "fast-food”a görə verilmiş qəbz möhkəmləndirir.

Dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün meyitlərin bu gün yarılacağı bildirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.