SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Bakıda evdə soba partladı: bir ailə yandı, uşaq öldü- YENİLƏNİB
HADİSƏ 11:41 / 21.02.2019

Səhiyyə Nazirliyi Bakıda evdə odun sobasının partlaması nəticəsində xəsarət alan ailə üzvlərinin vəziyyətini açıqlayıb.

Nazirlikdən  verilən açıqlamaya görə, fevralın 19-u, saat 20:50 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi ərazisindən bir ailənin dörd üzvü yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparılıb:

"1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlunun əl, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızının ayaq nahiyələrində yanıq xəsarətləri olub. Onların vəziyyətləri yaxşı olduğuna görə evə buraxılıblar. 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlunun bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub, tənəffüs yolları yanıb. O, xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub. Ötən gün 11:20 radələrində dünyasını dəyişib”.

Nazirlikdən qeyd edilib ki, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızına bədənin 50-55 faizi 3a və 3b dərəcəli yanığı diaqnozu qoyulub:

"Vəziyyəti ağır stabildir”.

10:11

Bakının Suraxanı rayonu, Binə qəsəbəsində evdə odun sobası partlayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Hövsanda "Südçülük sovxozu” adlanan ərazinin yaxınlığında baş verib.

1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evin qonaq otağında olan odun sobasını yandıran zaman oraya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.

Bu zaman odun sobası partlayıb və özü, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları - 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Məhəmməd Əliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.