SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Putin məhv edəcəkləri yerləri BƏYAN ETDİ: ABŞ kimi... - ŞOK
DÜNYA 06:26 / 21.02.2019

Bir çox ölkələr orta və kiçik mənzilli raketlər istehsal edirdi, onlar Rusiya və ABŞ-da yoxdur. ABŞ bu haqda düz danışmalı idi, Rusiyanı ittiham edərək uydurulmuş əsasları axtarmaq lazım deyildi.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciətində ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmasını şərh edərkən deyib.

Putin qeyd edib ki, ABŞ-ın özü Rumınıyada hava hücumundan müdafiə sistemləri yerləşdirərək müqaviləyə nümayişkaranə şəkildə əhəmiyyət vermədi.

Rusiya lideri bildirib ki, Rusiya özü üçün təhlükə halında assmmetrik hərəkətləri tətbiq etməyə məcbur olacaq. Onun sözlərinə görə, Moskva raketlərlə yalnız rəqibin raket sistemlərinin yerləşdirdiyi əraziləri deyil, həm də qərarların qəbul olunduğu mərkəzləri hədəf alacaq.

"Düşünmürəm ki, beynəlxalq vəziyyət bu gün əlavə və məsuliyyətsiz kəskinləşməni tələb edir, biz bunu istəmirik. ABŞ dünyada raket-hücumundan müdafiə sistemləri illüziyaları tərk etməlidir. Yeni silahın yaradılması üzərində iş davam edir. "Avanqard”ın seriyalı istehsalı başlanıb. "Sarmat”, "Peresvet” və "Xəncər”in sınaqları aparılır. Onlar təcrübəli-döyüş növbəsi rejimində öz xarakteristikalarını təsdiq ediblər. Daha bir yenilik "Sirkon” hipersonik raketidir. Yeri gəlmişkən, əhəmiyyətli bir qeyd etmək istəyirəm, artıq bu ilin yazında "Poseydon” kompleksinin birinci sualtı gəmi-daşıyıcısı endiriləcək, iş plan üzrə gedir”, - Putin ABŞ-a xəbərdarlıq edib.

Sanksiyalardan danışan Putinin sözlərinə görə, Moskvanın nöqteyi-nəzərindən, onlar qanunsuzdur.

"Biz qarşıdurmada maraqlı deyilik və onu istəmirik, xüsusən ABŞ kimi qlobal bir ölkə ilə. Ancaq ABŞ dünyanın necə dəyişdiyinə fikir vermir, bu, ABŞ-ın siyasi səhvdir”, - Rusiya lideri vurğulayıb./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.