SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Ermənistanda benzinin qiyməti artacaq
DÜNYA 14:10 / 20.02.2019
Yaxın günlərdə Ermənistanda benzinin qiyməti kəskin şəkildə artacaq.

Erməni KİV-nə istinadən xəbər veririk ki, bunu Ermənistanın "Fleş” MMC-nin rəhbəri Barseq Beqlaryan jurnalistlərə açıqlamasında deyib.

"Dünya bazarında benzin qiymətləri çox sürətlə artır və son 10 gündə təqribən 70-80 dollara çatıb. Ona görə də, tezliklə Ermənistanda da benzinin qiyməti mütləq qalxacaq. Yaxın zamanda siz özünüz bunun şahidi olacaqsınız” – Beqlaryan bəyan edib.

Ekspert onu da vurğulayıb ki, Ermənistan kimi heç bir karbohidrogen ehtiyatlarına malik olmayan, yanacaq təminatında tamamilə idxaldan asılı olan bir ölkə üçün benzin qiymətlərinin qalxması digər sahələrə, məsələn nəqliyyat xidmətində də qiymət artımına səbəb ola bilər ki, bu da sonda ciddi sosial etirazlar üçün qığılcım olacaq./azvision.az

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.