SON XƏBƏRLƏR
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Naxçıvan – nəqşi cahan
VİDEO 13:13 / 20.02.2019
Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biridir. 
Müstəqillik əldə etdikdən sonra Naxçıvanda Şahmat məktəbi, Olimpiya İdman Kompleksi, Üzgüçülük Mərkəzi, Naxçıvan Dövlət Universitetinin yeni beşmərtəbəli korpusu, Elektron kitabxana, Hüquq və Sosial idarəetmə fakültəsi üçün korpus, Gömrük Komitəsi üçün yeni bina, Milli Bank, Əlillərin Reabilitasiya Mərkəzi, Heydər Əliyev adına məktəb və bir sıra digər məktəblər, əlillər üçün yeni yaşayış binası tikilmişdir. Naxçıvanda Hüseyn Cavidin məqbərəsi ucaldılmış, onlarla inzibati binalar əsaslı təmir edilmiş, Heydər Əliyev parkı, Əcəmi, Dədə Qorqud seyrəngahları salınmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü və Heydər Əliyev adına məktəbin həyətində heykəli, Babəkin, Koroğlunun, Cəlil Məmmədquluzadənin, Əcəmi Naxçıvaninin heykəlləri, sənaye-istehsal kompleksləri yaradılmış, müasir tələblərə cavab verən «Qrand otel» və digər mehmanxanalar, restoranlar tikilmiş, beynəlxalq standartlara cavab verən hava limanı naxçıvanlıların istifadəsinə verilmiş, bir çox quruculuq işləri aparılmışdır. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı, şəxsiyyəti və siyasi fəaliyyəti ilə bağlıdır.
Naxçıvanda radio 1932-ci ildə qovşaq kimi fəaliyyət göstərmiş, 1936-cı ildən isə muxtar respublikanın ərazisində tam yayımlanmağa başlanmışdır.
Televiziya 1963-cü ildən müstəqil kanal kimi Muxtar Respublika ərazisində və ondan kənarda yayımlanır.

Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan «Nuh yurdu» qəzeti 1996-cı ildən nəşr olunur. Qəzet öz növbəsində Naxçıvan şəhərinin ictimai-siyasi həyatında özünəməxsus rol oynayır.
Naxçıvan şəhərinin ərazisindən keçən avtomobil yolu birinci dərəcəli yol olmaqla uzunluğu 7 kilometrdir. Dəmir yolunun uzunluğu isə 1,6 kilometr olmaqla ikinci dərəcəli yoldur. Beynəlxalq Hava Limanı vardır.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Azərbaycan Respublikasının ­Prezidenti 2 iyun 2016-cı ildə "Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Ölkə başçısının imzaladığı bu sərəncam 2018-ci ildə İslam mədəniyyətinin paytaxtına çevriləcək Naxçıvan şəhərində, bütövlükdə Naxçıvan Muxtar Respublikası ərazisində son illərdə geniş meydan verilən milli-mənəvi dəyərlərin, əsrlərdən bəri qorunub yaşadılan və yüksək dövlət qayğısı ilə əhatə olunan İslami dəyərlərin, İslam mədəniyyəti abidələrinin qorunub saxlanması, bərpası, inkişaf etdirilməsi və təbliği sahəsində aparılan işlərin daha yüksək səviyyəyə çatdırılmasında mühüm rol oynayacaqdır.















Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.