SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Koçaryanın oğluna qarşı ittiham irəli sürüldü
DÜNYA 06:39 / 19.02.2019

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın böyük oğlu Sedraka qarşı çirkli pulların yuyulması və vergidən yayınma ittihamları irəli sürülüb. 

"Sputnik Ermənistan”ın məlumatına görə, bu barədə Sedrak Koçaryan özü məlumat verib.

"Həbslə bağlı məlumat həqiqətə uyğun deyil. Milli Təhlükəsizlik Xidməti mənə qarşı çirkli pulların yuyulması və vergidən yayınma ittihamları irəli sürüb”, - Koçaryan bildirib. 

Onun sözlərinə görə, bu ittihamlar səbəbindən onun ölkədən çıxışına qadağa qoyulub. 

Ötən ilin dekabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan deyib ki, S.Koçaryan "Konqress” mehmanxanası işinə görə dindirilib. 

Bundan əvvəl Vanetsyan bildirib ki, Koçaryan ailəsi bu mehmanxanaya görə altı milyon dollar rüşvət verib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.