SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Ermənistan daha bir hərbi tərəfdaş tapdı
DÜNYA 17:41 / 18.02.2019

Ermənistanın ərəb ölkələri ilə diplomatik, hərbi və siyasi münasibətlər qurmaq cəhdləri ilə bağlı son dövrlərdə xüsusi aktivlik hiss olunur.

Xəbər veririk ki, Ermənistanın müdafiə naziri David Tonoyan ötən gün Birləşmiş Ərəb Əmirlikləri şahzadəsi, şeyx Məhəmməd ibn Zayed ibn Sultan əl Nəhyan ilə görüşüb.

Bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan sosial media hesabında paylaşım edib.

Mətbuat katibi əlavə edib ki, Tonoyan BƏƏ-nin vəliəhd şahzadəsi, müdafiə naziri Şeyx Məhəmməd ibn Rəşid Əl-Maktum ilə də görüşüb. Görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlığın başlanması məsələləri, bağlanılacaq müqavilələr müzakirə edilib.

Qeyd edək ki, bundan öncə Ermənistan Suriyaya humanitar missiya göndərib, Qətərdə səfirlik açılması ilə bağlı razılıq əldə edilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.