SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Tramp öz kəşfiyyatına yox, Putinə inanır
DÜNYA 09:18 / 18.02.2019
ABŞ prezidenti Donald Tramp KXDR-də (Şimali Koreya) ABŞ ərazilərini vurmağa qadir olan raketlərin olması ilə bağlı ölkə kəşfiyyatının təqdim etdiyi hesabata inanmır.

Bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsini icra edən Endrü Makkeyb CBS telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, rusiyalı həmkarı Vladimir Putin Trampı Şimali Koreyada, əslində, heç bir uzaqmənzilli raketin olmadığına inandırıb.

"Kəşfiyyat əməkdaşları brifinqdə bildirdilər ki, bu, heç bir kəşfiyyat hesabatının məlumatlarına uyğun gəlmir, prezident isə buna cavabında qeyd etdi: "Vecimə də deyil, mən Putinə inanıram”, - deyə Makkeyb bildirib.

FTB rəhbəri onu da əlavə edib ki, Trampın vəziyyətin, əslində, nə yerdə olduğunu öyrənmək istəməməsi administrasiya üzvlərini məəttəl qoyur.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.