SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Əmanətlərlə bağlı mühüm dəyişiklik
İQTİSADİYYAT 18:29 / 17.02.2019

Azərbaycanda əhalinin banklara depozit qoymasını stimullaşdırmaq üçün bütün qorunan əmanətlərin sığortalanması müddəti artırılır.

Xəbər veririk ki, bununla bağlı "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişikliklər edilib.

Bu dəyişikliklərə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanacaq. Mövcud qanunda isə bu müddət 3 ildir.

2016-cı il 4 mart tarixindən qüvvədə olan "Əmanətlərin sığortalanması haqqında" qanunun müddəti 2019-cu ilin martın 4-də bitir. Qanunun qüvvədə olma müddətinin bir il uzadılması bank sektorunun dəstəklənməsinə, bu sahədə dövlətin üzərinə ciddi öhdəliklər götürməsinə, nəticədə isə əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.