SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Aygün Əttar: Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi təşkil edir
MÜSAHİBƏ 09:17 / 16.02.2019

Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi zamanı verdiyi mesajlar Azərbaycanın öz inkişaf və tərəqqi yolunda qətiyyətli olduğunu bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. Azərbaycanlı olaraq fəxr edirik ki, bizim dövlətimiz bundan sonra da kənar təsirlərlə yox, məhz öz gücü və iradəsi ilə idarə olunacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədə yaşayan Azərbaycan əsilli professor Aygün Əttar deyib.

Azərbaycanın bütün sahələr üzrə inkişaf etdiyini diqqətə çatdıran professor deyib: "Azərbaycan coğrafi baxımdan həssas bir bölgədə yerləşir. Tarixin bütün dövrlərində böyük qüvvələr Qafqazdakı maraqlarını təmin etmək üçün Azərbaycana xüsusi prizmadan yanaşıblar. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdandan sonra böyük müdrikliklə tarazlaşdırılmış siyasi kurs müəyyən etdi. Prezident İlham Əliyev isə bu siyasəti daha modern bir formada həyata keçirməyə başladı. Dövlət başçısının Real televiziyasına müsahibəsində bir daha əmin olduq ki, Azərbaycan öz müstəqilliyini qorumaq üçün böyük gücə malikdir. Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi, o cümlədən ölkə rəhbərinin vətəndaşlarla səmimi münasibəti təşkil edir”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.