SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Rusiyaya YENİ ZƏRBƏ: bir neçə həftəyə...
DÜNYA 07:03 / 16.02.2019

Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir.

Bu barədə Almaniyanın "Bild” nəşri diplomatik mənbələrə istinadən bildirib.

"Bu gün Almaniyada təhlükəsizlik üzrə 55-ci Münhen konfransı başlayır. Siyasətçilər və ekspertlər müharibələri, münaqişələri və təhdidləri müzakirə edirlər. Bu il həmçinin qızğın müzakirə mövzusu Ukrayna ilə bağlı arası kəsilməyən təcavüzkar davranışına görə Rusiyaya qarşı yeni sanksiyaların qəbul olunmasıdır”, - "Bild” yazıb.

İki Avropa diplomatının sözlərinə görə, Avropa İttifaqı və ABŞ Rusiyaya təzyiqin gücləndirilməsi məsələsində həmfikirdirlər. İlk növbədə, noyabrda Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanmış 24 Ukrayna dənizçisinin azad edilməsindən söhbət gedir.

Diplomatlardan biri vurğulayıb ki, Rusiyaya qarşı yeni sanksiyalar bir neçə həftə ərzində elan ediləcək./publika.az



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.