SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Ərdoğan və Putin arasında görüş başladı - YENİLƏNİB
DÜNYA 17:14 / 14.02.2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında Soçi şəhərində görüş başlayıb. 

Bununla bağlı "Anadolu” agentliyi məlumat yayıb.

Bundan əvvəl isə Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşüb. 

14:53

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriya üzrə üçtərəfli sammitdə iştirak etmək üçün Soçiyə gedib.

Bu barədə "Anadolu” xəbər agentliyi məlumat yayıb.

Türkiyə prezidentini işgüzar səfərdə onun həyat yoldaşı, milli müdafiə naziri, xarici işlər naziri, maliyyə naziri, Milli Təhlükəsizlik Xidmətinin başçısı, prezident administrasiyasının əlaqələr idarəsinin başçısı, Müdafiə Sənayesi Katibliyinin rəhbəri müşayiət edir.

Soçidə Ərdoğan Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani ilə Suriya üzrə üçtərəfli zirvə toplantısında iştirak edəcək.

Sammitdə Suriyada Astana prosesi çərçivəsində davamlı sülhə nail olmaq üçün ölkələrin birgə atacağı addımlar nəzərdən keçiriləcək.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.