SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
İrəvanda növbəti ETİRAZ AKSİYASI: Bu dəfə tələbələr narazıdır
DÜNYA 23:14 / 14.02.2019
İrəvan Dövlət Universitetinin tələbələri ali məktəbin rektoru Aram Simonyanın istefası tələbi ilə yürüş keçiriblər.

Xəbər veririk ki, aksiya iştirakçıları bəyan edirlər ki, universitetin Qəyyumlar Şurası tələbələrin A.Simonyanın istefası tələbəni rədd edib, hətta onların ali məktəbin idarəçiliyi ilə bağlı narazılığına əhəmiyyət verməyib.

Tələbələr təcili olaraq Şuranın növbədənkənar iclasının keçirilməsini də tələb edir, iclasda rektora etimadsızlığın ifadə olunmasının vacibliyini vurğulayırlar.

Qeyd edək ki, bu, tələbələrin rektora qarşı çıxdığı ilk hal deyil. Ermənistanda hakimiyyət dəyişdikdən sonra oxşar etiraz aksiyaları vaxtaşırı qeydə alınır. Bundan başqa, Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryan universitetdə cinayət halları barədə məlumat versə də, A.Simonyan yoxlamaların nəticələri ilə razı deyil.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.