SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
İnsanların Marsa uçuşu təxirə salındı
DÜNYA 17:11 / 13.02.2019

Marsda daimi koloniyanın yaradılmasını nəzərdə tutan "Mars One” layihəsinin "Mars One Ventures” kommersiya bölməsi iflas etdiyini elan edib.

İsveçrənin Bazel şəhərinin mülki məhkəməsinin çıxardığı qərara əsasən, adıçəkilən şirkət 15 yanvar 2019-cu ildə müflis olub.

Layihənin rəhbərlərindən olan Bas Lansdorp fəaliyyətlərini davam etdirmələrinə rəğmən, investisiyaların kəsilməsinin qarşıya qoyulan məqsədlərin icrasını mümkünsüz etdiyini dilə gətirib. Lansdorp "Engadget”ə verdiyi açıqlamada təfərrüata varmasa da, problemin həllini tapması üçün hazırda əlindən gəldiyini etdiyini vurğulayıb.

"Mars One” iki bölmədən ibarətdir: İsveçrədə qərarlaşan və teleyayım hüquqlarına malik olan "Mars One Ventures” kommersiya bölməsi və Niderlandda qərarlaşan və bütün layihələri idarə edən "Mars One Foundation” qeyri-kommersiya bölməsi.

Bundan əvvəl layihənin "Marsdakı” koloniyaçıların həyatı haqqında realiti-şounun reklam gəlirləri hesabına maliyyələşdiriləcəyi bildirilirdi. Layihə çərçivəsində dünyanın dörd bucağından yüz minlərlə könüllü arasında seçimlər həyata keçirilmiş və onun əsasında sənədli film lentə alınmışdı.

Qeyd edək ki, "Mars One” layihəsinin ən tükürpədici məqamlarından biri, koloniyaçıların bir daha Yer planetinə geri dönə bilməyəcəkləri idi.

Plana görə, layihə çərçivəsində Marsda "yaşama haqqı qazanmış” könüllülər 2027-ci ildə "Qırmızı planetə” eniş etməli idi.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.