SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Koçaryana yeni ittiham irəli sürüldü
DÜNYA 16:14 / 13.02.2019

Ermənistanın sabiq prezidenti Robert Koçaryan iri məbləğdə rüşvət almaqda ittiham olunur.

RİA "Novosti”nin məlumatına görə, bunu Koçaryanın vəkilləri bildiriblər.

Qeyd olunur ki, bu gün Xüsusi İstintaq Xidməti R. Koçaryana yeni ittiham irəli sürüb. Ölkənin konstitusiya quruluşunun dəyişdirilməsində günahlandırılan sabiq prezident indi də xüsusi ilə iri məbləğdə rüşvət almaqda ittiham olunur.

Xatırladaq ki, yanvarın 18-də Yerevan məhkəməsi sabiq prezidenti girov müqabilində azadlığa buraxmaqdan imtina edib. Məhkəmənin qərarı ilə R. Koçaryanın həbs müddəti daha iki ay uzadılıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.