SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
ABŞ-ın dövlət borcu tarixi rekorda çatdı
DÜNYA 11:48 / 13.02.2019

ABŞ-ın dövlət borcu 22 trilyon dolları ötüb. ABŞ Maliyyə Nazirliyinə görə, bu, ölkə tarixində qeydə alınmış ən yüksək borc göstəricisidir.

Bu barədə "RİA Novosti” ABŞ mətbuatına istinadən məlumat yayıb.

Hazırda Tramp administrasiyasının rəhbərliyi altında Birləşmiş Ştatların dövlət borcu 22,012 trilyon dollar təşkil edir.

2019-cu ilin fevral ayının əvvəlindən bəri borc 90 milyard dollara yaxın artıb. Son 11 ay ərzində isə dövlət borcunun artımı bir trilyon dollardan çox təşkil edib.

"USA Today” nəşrinə görə, Donald Trampın prezident olduğu müddətdə dövlət borcu ən yüksək templərlə çoxalır. Bu sıçrayış başlıca olaraq Tramp administrasiyasının ötən il qəbul etdiyi vergi islahatları ilə əlaqələndirilir. 

İslahatların dövlət büdcəsinə 1,5 trilyon dollar ziyan vurduğu bildirilir. Digər səbəb kimi Trampın dövründə hərbi xərclərin artması göstərilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.