SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Bakı-Sumqayıt qatarı qadını vurdu - Relsin üstü ilə gəzirmiş
HADİSƏ 10:41 / 13.02.2019

Sumqayıt-Bakı istiqamətində hərəkət edən sürət qatarı qadını vurub.

Bu barədə Abşeron rayon Prokurorluğundan məlumat verilib. 

Hadisə qatarın Xırdalan şəhəri ərazisindən keçən hissəsində, dünən səhər saatlarında baş verib. 

Polis və prokurorluq orqanları Xırdalan şəhəri ərazisində hadisə yerinə baxış keçirib.

Məlum olub ki, Abşeron rayon Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı Xırdalan şəhəri, "Çexkalon” adlanan ərazidə qatar relsinin üstü ilə gedərkən Sumqayıtdan Bakıya gələn "Ştabler” markalı sürət qatarının vurması nəticəsində həyatını itirib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmiryolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.