SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Ermənistan parlamenti Qarabağla bağlı sənəd QƏBUL EDƏCƏK: 2019-2023-cü illər üzrə...
DÜNYA 02:22 / 13.02.2019

Ermənistan hökumətin 2019-2023-cü illər üzrə fəaliyyət proqramının bu gün parlamentdə müzakirəsinə başlayıb.

Xəbər veririk ki, indiki dəqiqələrdə hökumət proqramı müzakirə edilir.

Qeyd edək ki, ekspert cəmiyyətində proqram deklarativ xarakterinə görə tənqidə məruz qalıb. Proqram həmçinin qeyri-parlament müxalifəti tərəfindən tənqid edilib.

"Joxovurd” nəşrinin yazdığına görə, 71 səhifəlik sənədin diqqətçəkən məqamı onun əvvəlki hökumətin proqramını praktik olaraq tamamilə təkrarlamasıdır. Proqram 2018-ci ilin iyununda "məxməri inqilab”dan sonra parlamentdə təqdim edilmişdi.

Yeni proqram ən yaxın beş il üçün yazılıb və uzunmüddətli perspektivə göstərilmiş konkret göstəricilər var. Məsələn, iqtisadi artımın orta tempi ən azı 5 faiz təşkil etməlidir.

Sənəddə xarici siyasət sahəsində bir neçə diqqətçəkən aspekt var. Məsələn, qeyd edilir ki, hökumət ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına səy göstərəcək. Bildirilir ki, danışıqlar prosesində "Artsax”ın (Dağlı Qarabağ – red.) statusunun və təhlükəsizliyinin təminatı Ermənistanın başlanğıc prioritetidir. Paşinyan hökuməti iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır.

Amma hökumətin proqramında qonşu Türkiyəylə münasibətlərin yaxşılaşması haqqında heç nə yoxdur, hərçənd Paşinyan ilkin şərtlərsiz bu ölkə ilə münasibətlərin qurulmasından daha əvvəl danışıb.

Ermənistanın Respublika Partiyasının (rəhbəri keçmiş prezident və baş nazir Serj Sarkisyandır – red.) mətbuat katibi Eduard Şarmazanov da yeni hökumət proqramıni tənqid edib. Şarmazanov hökumət proqramının qeyri-müəyyən söz yığını olduğunu deyib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.