SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Moskva ƏMR VERDİ: Ermənistan ordusu müharibəyə girir
DÜNYA 16:20 / 12.02.2019
Ermənistan ordusu Suriyada hərbi əməliyyatlarda iştirak edə bilər.

Xəbər veririk ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Tonoyan qeyd edib ki, Ermənistanın humanitar missiyası Suriya hökumətinin müraciətindən sonra bu ölkəyə göndərilib.

"Bu missiya tam şəkildə qanuna uyğundur. Əgər hərbi əməliyyatlarda iştirak ehtiyacı yaranarsa, Ermənistan qanunauyğun formada iştirak edəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Rusiyanın istəyindən sonra Suriyaya humanitar missiya göndərib. D. Tonoyanın Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşdən sonra belə açıqlama verməsi ehtimal etməyə imkan verir ki, erməni hərbiçilərin hərbi əməliyyatlarda iştirakını da Moskva tələb edir. (publika)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.