SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Bakıda qısqanc ərdən həyat yoldaşına qarşı DƏHŞƏTLİ ƏMƏL - YENİLƏNDİ
HADİSƏ 13:17 / 12.02.2019

Bakı şəhərinin Binəqədi rayonunda qadının həyat yoldaşı tərəfindən amansızlıqla öldürülməsi hadisəsi barədə bəzi məqamlar üzə çıxıb.

Xəbər veririk ki, Binəqədi kəndində fərdi evdə yaşayan 1970-ci il təvəllüdlü Qurbanov Tufan Baba oğlu həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Qurbanova Lalə Həsən qızını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. O bildirib ki, həyat yoldaşının başqa şəxslər münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib.

Tufan Qurbanov evdə xanımına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Qeyd edək ki, ailənin 3 övladı qalıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*****

10:28

Bakıda qətl törədilib.

Xəbər veririk ki, Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Qurbanov Tufan Baba oğlu həyat yoldşı, 1979-cu ildə anadan olmuş Qurbanova Lalə Həsən qızını amansızlıqla qətlə yetirib. O, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, qadının boğazını kəsici alətlə kəsib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. T.Qurbanov saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.