SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
Kiyevdə ucaldılacaq Nəsiminin heykəlinin eskiz layihələri təqdim olunub
MƏDƏNİYYƏT-ŞOU 23:51 / 11.02.2019

Kiyev şəhərinin mərkəzi parklarının birində ölkəmizin Ukraynadakı səfirliyinin sifarişi ilə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılması üçün iki variantda eskiz layihələri hazırlanıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanov məlumat verib.

Onun sözlərinə görə, milli ornamentlər nəzərə alınmaqla heykəlin eskiz layihələri hazırlanaraq səfirliyə təqdim olunub. Kiyev şəhər Dövlət Administrasiyası və səfirliyin birgə təsdiq olunmuş variantından sonra heykəl hazırlanacaq. Tuncdan hazırlanacaq heykəl layihəsinin hündürlüyünün beş metr olacağı nəzərdə tutulur.

Nəsiminin heykəlinin ucaldılması ilə bağlı artıq, Kiyev Şəhər Dövlət Administrasiyası ilə ilkin razılıq əldə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə "Nəsimi ili” elan olunub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.