SON XƏBƏRLƏR
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019
“Əsgər ölümünü gizlətmədik, sadəcə xəbər vermədik” - Ermənistandan maraqlı şərh
DÜNYA 14:17 / 11.02.2019
Erməni əsgərin odlu silahla açılan atəş nəticəsində öldürülməsi xəbərinin gizlədilməsinə Ermənistanın Müdafiə Nazirliyi özünəməxsus reaksiya verib.

"Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan Facebook hesabında hərbçinin ölümünün gizlədilməsi ilə bağlı ittihamları cavablandırıb:

"Yeni ilə axşamı müqaviləli hərbi qulluqçu Edqar Qriqoryanın ölümü ilə bağlı informasiya verilməyib, lakin gizlədilməyib də. İnsident gizlədilməyib, sadəcə biz birinci xəbər vermədik. Bunlar isə fərqli şeylərdir”.

Qeyd edək ki, daha əvvəl yerli saytlar əsgərin öldüyünü yazsalar da, Ermənistan Müdafiə Nazirliyi və İstintaq Komitəsi bununla bağlı məlumat dərc etməmişdi.

Nazir müavini Qabriel Balayan isə öz növbəsində bildirib ki, insidentin baş vermə şəraiti hələ bəlli deyil. Əsgərin ölümü ilə bağlı informasiya isə istintaqa mane olmamaq üçün verilməyib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.