SON XƏBƏRLƏR
21 Fevral 2019
20 Fevral 2019
Hökumətdən müsəlman qadınlara qarşı SƏRT QƏRAR: Bundan sonra dövlət orqanlarında...
CƏMİYYƏT 13:45 / 11.02.2019

İsveçrənin Cenevrə Muxtar Respublikasında müsəlmanlara qarşı sərt qərar qəbul edilib.

Xəbər veririk ki, dini simvolların rəsmi qurumlarda istifadə edilməsi qadağan olunub. Buraya müsəlman partiyaların qadın üzvlərinin baş örtüyü ilə dövlət orqanlarında işləməsi də daxildir.

Qanun layihəsi Ali Məclisdə keçirilən referendumda 55% səs toplayıb. Referendum ölkədə dövlət və din münasibətlərindəki çərçivələri müəyyən etmək məqsədilə təşkil edilib.

Qanun layihəsi əslində ötən ilin aprel ayında qəbul edilsə də, müsəlmanlar, qeyri-hökumət təşkilatları və partiyalar bu layihəyə qarşı çıxmışdı. Beləliklə, qanun referenduma çıxarılmışdı.

Qeyd edək ki, Cenevrə Muxtar Respublikasının 500 min əhalisi var. Bunun 6%-i müsəlmanlardan ibarətdir.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.