SON XƏBƏRLƏR
21 Fevral 2019
20 Fevral 2019
82 yaşlı prezident namizədliyini yenə irəli sürür - Əlil arabasında gəzir
DÜNYA 09:44 / 11.02.2019
Əlcəzair prezidenti Abdüləziz Buteflika növbəti prezident seçkilərində də namizədliyini irəli sürəcək.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı qərarını xalqa xüsusi müraciətində açıqlayıb.

Qeyd edək ki, Buteflika dörd dəfə (1999, 2004, 2009 və 2014) Əlcəzairin prezidenti seçilib. Bu müddət ərzində o, hökumətlə islamçılar arasında silahlı qarşıdurmanı dayandırmağa, təhlükəsizliyi təmin etməyə və ölkəyə xarici investisiyanı qaytarmağa nail olub.

Seçkilərin ilk turu aprelin 18-də baş tutacaq. O zaman Buteflikanın 82 yaşı tamam olacaq.

Bununla yanaşı, onun siyasi opponentləri hesab edirlər ki, Buteflika səhhəti ilə əlaqədar ölkəni idarə etmək gücündə deyil.

Xatırladaq ki, 2013-cü ildə dövlət başçısı Fransa xəstəxanalarından birində keçirdiyi mikroinsulta görə bir neçə həftə yatmalı olmuşdu. Həmin vaxtdan bəri o, çox nadir hallarda publika qarşısına çıxır və əlil arabası ilə hərəkət edir.

Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.