SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Millət vəkili: "Buna büdcədən 400 milyon manat ayrılacaq"
CƏMİYYƏT 13:59 / 10.02.2019
"Azərbaycan sosial dövlətdir və görülən bütün işlər insanların sosial rifahının yüksəlməsinə yönəldilmişdir".

Açıqlamasında bu sözləri millət vəkili Azər Badamov "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamı şərh edərkən deyib.

Millət vəkili son 15 ildə ölkəmizdə əməkhaqlarının 7, minimum əməkhaqlarının 6,5 dəfə artırıldığını deyib.

"Azərbaycan Prezidentinin dünənki sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılır. Bu, 34,8 faiz artım deməkdir. Bu artım təbii ki, böyük kütləni əhatə edəcək. Minimum əməkhaqqının artımı dövlət qulluğu sektoru da daxil olmaqla, birbaşa olaraq 600 minədək vətəndaşı əhatə edəcək. Sərəncamın icrasına dövlət büdcəsindən il ərzində 400 milyon manat qədər əlavə vəsait yönəldiləcək. Bu vəsaitlər birbaşa insanların rifahının yaxşılaşmasına xidmət edəcək”, - Azər Badamov deyib.

O, qeyd edib ki, bu, Azərbaycan Prezidentinin ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı ilk sərəncamı deyil:

"İki gün əvvəl pensiyaların artırılması ilə bağlı sərəncam imzalanmışdı. Ölkə başçısı bir neçə gün əvvəl şəhid vərəsələrinə birdəfəlik ödənişin edilməsi ilə bağlı sərəncam imzaladı. Bütün bunlar onu deməyə imkan verir ki, Azərbaycan dövlətinin siyasətinin təməlində Azərbaycan vətəndaşı, onun rifahının yaxşılaşdırılması durur”.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.