SON XƏBƏRLƏR
21 Fevral 2019
20 Fevral 2019
Rusiyada qurban kəsən azərbaycanlı etirazlara səbəb oldu - VİDEO
HADİSƏ 10:46 / 05.02.2019
Rusiyanın Surqut şəhərində yenicə ata olan azərbaycanlı doğum evinin qarşısında qurban kəsib. 

Vesti.ru saytının məlumatına görə, sosial şəbəkədə paylaşılan görüntülər şəhər sakinləri və heyvansevərlər tərəfindən etirazla qarşılanıb.

Məsələyə polis müdaxilə etməli olub. 

Şəhər sakinlərinin etirazına qurbanın uşaqların gözünün qarşısında kəsilməsi səbəb olub. 

Məlum olub ki, Vasif adlı həmin şəxs Belıy Yar qəsəbəsində yaşayır və üçüncü dəfə ata olub. 

Məsələ ilə bağlı Xantı-Mansi Muxtar Dairəsi azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri Azad Seyidov açıqlama verib:

"O, bunu heç düşünməmişdi. Ola bilsin ki, o, sevincindən qoyunu doğum evinin qarşısına gətirib. Və əlbəttə ki, onu kəsib. Onunla danışan zaman cəmiyyətdə bunu etməyin düzgün olmadığını bildirdim. O isə üzr istədi”. 

Qeyd edilib ki, o, yaxın vaxtlarda inzibati məsuliyyətə cəlb ediləcək.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.