SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Şəhid atası : Prezident İlham Əliyev şəhid ailələrini həmişə diqqətdə saxlayır
CƏMİYYƏT 09:41 / 04.02.2019

Azərbaycan Prezidenti cənab İlham Əliyev daim şəhid ailələrinə dəstək olub.

Bunu Trend-ə açıqlamasında şəhid Rauf Mahmudovun atası Gülverdi Mahmudov deyib.

Şəhid atası bildirib ki, övladını itirdikdən sonra həmişə dövlətdən kömək və qayğı görüb:

"Şəxsən mən həmişə dövlətin diqqət və qayğısını görmüşəm: övladımın adının əbədiləşdirilməsi, şəhid ailəsi kimi mənə müavinət verilməsi, güzəştlərin tətbiq edilməsi və sair. Ümummilli lider, mərhum prezidentimiz Heydər Əliyevin şəhid ailələrinə diqqət və qayğısı göz qabağında olub".

G.Mahmudov əlavə edib ki, 2003-cü ildən isə Prezident İlham Əliyev şəhid ailələrini həmişə diqqətdə saxlayır, yerli icra hakimiyyəti orqanlarına bu barədə göstərişlər verir.

"Şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi ilə bağlı cənab Prezidentin verdiyi sonuncu sərəncam bir daha sübut etdi ki, Azərbaycan dövləti və ölkə rəhbəri daim bizi diqqətdə saxlayır. Hazırda şəhid ailəsi kimi ev növbəsində də qeydiyyatdayam. İnanıram ki, yaxın vaxtlarda cənab Prezidentin göstərişi ilə mənzil şəraitimiz də yaxşılaşdırılacaq. Ailəm adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

Bundan başqa, dövlət başçısının 2019-cu il 30 yanvar tarixli fərmanına əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.