Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 9,75 faizdən 9,25 faizə qədər azaldıb.
Məlumata görə, bunu AMB-nin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
Elman Rüstəmov onu da bildirib ki, 2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,3 faiz təşkil edib.
O deyib ki, ötən il inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib: "Keçən il orta illik inflyasiya 2,3 faiz təşkil edib. 2018-ci ildə inflyasiya 6,8 faiz proqnozlaşdırılsa da, dövr ərzində manatın məzənnəsinin dayanıqlılığı, pul təklifinin optimal səviyyədə idarə olunması inflyasiyaya azaldıcı təsir edib”.