SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Goranboyda dəhşət: Qardaş qardaşı öldürdü! - Təfərrüat
HADİSƏ 23:30 / 26.01.2019

Biri polis şöbəsindədir, biri isə az sonra dəfn olunacaq...

Goranboy rayonunda qətl hadisəsi baş verib. Rayonun Xanqərvənd kəndində qardaş qardaşı öldürüb.

Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə zamanı dünyasını dəyişən qardaş İsmayıl Məmmədov 11-ci sinif şagirdidir:

"Hadisə gecə saatlarında baş verib. Xəlil 9-cu, ismayıl isə 11-ci sinifdə oxuyur. Atasının dediyinə görə, uşaqlar evdə oynayırmış. Oyun zamanı Xəlil qəfildən əlinə mətbəxt bıçağı alıb. Bıçağı qardaşına tuşlayıb. Bıçaq birbaşa İsmayılın ürəyinə dəyib, elə oradaca da ölüb. Hazırda Xəlil polis şöbəsindədir, İsmayıl isə bir azdan dəfn olunacaq”.

Kənd sakinləri onu da qeyd ediblər ki, İsmayılgil ailədə 3 uşaq olublar. Ataları Aftandil Məmmədov hazırda Naftalan Çinar Sanatoriyasında işləyir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.