SON XƏBƏRLƏR
23 Aprel 2019
22 Aprel 2019
21 Aprel 2019
Ərdoğan yenə Putinin yanına gedir - Məqsəd nədir?
SİYASƏT 17:09 / 23.01.2019

Ərdoğan bu gün Moskvaya səfər edir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yanvarın 23-də Moskvaya işgüzar səfərə gələcək.

Rusiya mətbuatı xəbər verir ki, Ərdoğanla Putin arasında görüş bu gün Moskvada baş tutacaq. Görüş zamanı Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması məsələsi əsas mövzu olacaq.

Bufer zonasının yaradılması haqqında müzakirə hələ 2013-cü ildə başlayıb. Bu ideyaya rəsmi Ankara hər il dəfələrlə qayıtsa da, hələki bu istiqamətdə danışıqlar getmir.

Ötən ilin sentyabrında Putinlə Ərdoğan arasında müzakirə edilən əsas mövzu Suriyanın Türkiyə ilə sərhədində olan İdlib əyaləti idi. Rəsmi Moskva Dəməşqin İdlibi azad etməsi istiqamətində apardığı hərbi əməliyyatları dəstəkləsə də, Türkiyə buna qarşı idi.

Sentyabrın 17-də keçirilən Soçi görüşündə isə prezidentlər həmin ərazidə hərbi əməliyyatlar keçirməkdən imtina ediblər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.