SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ - Əvvəl qız, sonra 28 yaşlı qardaşı öldü
HADİSƏ 05:37 / 22.01.2019

4 gün əvvəl Kürdəmir şəhərində baş vermiş ağır yol qəzasında ölən 28 yaşlı Valeh Zərbəliyevlə bağlı bəzi məqamlar aydınlaşıb.

Rayonun mərkəzindəki Heydər Əliyev prospektində saat 21 radələrində "Mercedes” markalı avtomobilin vurub əks zolaqda hərəkət edən "Kia”nın altına atdığı və hadisə yerində ölən 1991-ci il təvəllüdlü Zərbəliyev Valeh Ağəli oğlunun bacısı bir müddət əvvəl vəfat edibmiş. Belə ki, gənc oğlanın bacısı yaşadığı mənzildə dəm qazından boğularaq ölübmüş.

Həmin hadisənin təsirindən çıxmamış ailənin digər övladı – 28 yaşlı Valeh faciəvi şəkildə vəfat edib.

Ağır yol qəzası ilə bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.