SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
FHN maye qaz daşıyan maşının aşması ilə bağlı məlumat yayıb
HADİSƏ 01:36 / 22.01.2019
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan "Mercedes" markalı avtosistern aşıb.

FHN-dən  bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyə avtomobilində, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb.Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan "Mercedes" markalı avtosistern aşıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyə avtomobilində, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.