SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
Bakıda MilliÖN aparatlarından 123 min manat oğurlandı
HADİSƏ 20:51 / 21.01.2019
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 1985-ci ildə Gürcüstan Respublikasında anadan olan, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində yaşayan, ali təhsilli Əlixanov İlqar Novruz oğlu müəyyən olunaraq tutulub.

BŞBPİ-dən verilən məlumata görə, iarəyə daxil olan əməliyyat məlumatı əsasında müəyyən olunub ki, müvafiq olaraq işlədiyi şirkətin inkasatr vəzifəsində çalışan İ.Əlixanov paytaxtın və respublikanın müxtəlif rayon və şəhərlərində olan "Milliön” ödəmə terminallarından ayırı-ayırı vaxtlarda gizli yolla 122 min 742 manat və 1200 ABŞ dollarını talayıb.

İctimai təhülükəli əməldə şübhəli bilinən şəxs ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun yaşadağı evinə baxış zamanı müxtəlif vaxtlarda taladığı 42 min 145 manat və 9 min 400 ABŞ dollar aşkarlanaraq maddi subut kimi götürülüb.

Eləcə də onun ictimai təhlükəli əməldə istifadə etdiyi alətlər, müxtəlif təyinatlı geyimlər aşkarlanıb. Müəyyən olunub ki, o, ödəmə terminallarına məxsus açarlarını sürətini çıxamaqla, kustar üsulla hazırladığı yivlərlə 43 epizod üzrə ayrı-ayrı ünvanlarda bu əməlləri törədib

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.