SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
Bakı metrosunda nasazlıq: qatar boşaldıldı
HADİSƏ 15:29 / 14.01.2019

Bakı metrosunda qatarda nasazlıq yaranıb. Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun "Sahil” stansiyasında qatarda texniki problem olduğu müşahidə edilib:

"Maşinist bu barədə bizə məlumat verib. Hadisə 13:50 radələrində "Həzi Aslanov”-"İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarda olub. Problemlə əlaqədar sərnişinlərdən qatarı boşaltmaları xahiş olunub. Qatar birbaşa depoya göndərilib. Onun əvəzinə isə stansiyaya yeni qatar buraxılıb. İntervalda heç bir dəyişiklik olmayıb. Qatarda yaranan texniki nasazlığın səbəbləri araşdırılır. Bu barədə mətbuata açıqlama veriləcək”./Oxu/az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.