SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
Dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq - VİDEO
CƏMİYYƏT 21:39 / 12.01.2019

Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq.

 "Xəzər” TV-yə istinadən məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, yeni qaydalar köhnə qəbirstanlıqlara şamil olunmayacaq.

Yeni qərara görə, qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər min nəfərə 0,24 hektar hesabı ilə müəyyən edilib. 

Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması üçün nəzərdə tutulub.

Komitə sədri həmçinin qeyd edib ki, hazırda din adı altında gizlənən, dini siyasiləşdirən qruplar var: 

"Onlar bunun vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd edirlər. Ona görə də dindən sui-istifadəyə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.