SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
İstanbulda Atom Energetikası Sammiti keçiriləcək
CƏMİYYƏT 08:37 / 11.01.2019
VI Beynəlxalq Atom Energetikası Sammiti martın 5-6-da İstanbulda keçiriləcək.

"Anadolu” agentliyinə istinadla xəbər veririk ki, sammitdə atom energetikası sahəsində çalışan 100-dən çox özəl və dövlət şirkətinin nümayəndələri, alimlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Dünyanın aparıcı şirkətləri atomun dinc məqsədlər üçün istifadəsi sahəsində son nailiyyətlər və müasir texnologiyalar barədə sammit iştirakçılarını məlumatlandırmaq fürsəti əldə edəcəklər.

Türkiyə şirkətlərinin nümayəndələri xarici şirkətlərlə təcrübə mübadiləsi apara və atom energetikasının inkişaf istiqamətləri ilə tanış ola biləcəklər.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.