SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
Bakıda gənc intihar məqsədi ilə binanın damına çıxdı - YENİLƏNİB + VİDEO
HADİSƏ 17:41 / 09.01.2019
Fövqəladə Hallar Nazirliyi Bakıda intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.

 Xəbər veririk ki, məlumatda paytaxtın Nizami rayonunda bir nəfərin dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirdiyi bildirilir.

Qeyd olunur ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

22.00

Dünən axşam saatlarında Bakıda gənc oğlan restoran binasının damına çıxaraq intihara cəhd edib.

Xəbər veririk ki, hadisə paytaxtın Nizami rayonunda "Neftçilər” metro stansiyasının yaxınlığında baş verib.

Şahidlərin bildirdiyinə görə, özünə qəsd etmək istəyən gənc bir neçə saatdır binanın damındadır. Ətrafdakı insanların müdaxiləsi nəticə verməyib, gənci intihar etmək fikrindən polis əməkdaşları daşındırıb.

Bildirilir ki, gəncin intihar cəhdinin səbəbi məhəllələrində qurulan yarmarka olub.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.