SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Antalyada dəhşət: İt qadının baş dərisini soydu - VİDEO
HADİSƏ 03:26 / 09.01.2019

Qonşularının iti ona hücum edib.

Antalyanın Almalı və Alanya bölgələrində bir həftə ara ilə it hücumuna məruz qalan 8 yaşlı Metehan Yalman və 67 yaşlı Fatma Sarı eyni xəstəxanada müalicə olunur.

Metehan əmisinin evinə gedərkən 3 itin hücumuna məruz qalıb. Onun səslərinə gələn qonşular uşağı xilas edə biliblər. Metehan yaxınları tərəfindən Almalı Dövlət Xəstəxanasına aparılıb. Burdakı müdaxilədən sonra Antalya Təlim və Araşdırma xəstəxanasına göndərilən Metehanın ayaqlarında toxuma itkisi aşkarlanıb. Ona toxuma köçürüləcək.

Metehan indi yaşadığı qorxunu unutmaq üçün xəstəxana otağında kitab oxuyur, internetdən maşın yarışlarına baxır. Yaşadıqlarını danışarkən isə səsi titrəyir:

"Bir anda üstümə tullandılar. 3-ü də qonşumuzun itləridir. Niyə hücum etdiklərini başa düşmədim. Yerə yıxıldım, dişləməyə başladılar. 2 ayağımda da dərin yaralar var”.

Uşağın atası Ramazan Yalman isə oğluna hücum edən itlərin sahiblərindən şikayətçi olacaqlarını deyib.

Alanya bölgəsində yaşayan Fatma Sarı da 2 həftə əvvəl Metehan kimi qonşularının itinin hücumuna məruz qalıb.

Qadın görmə məhdudiyyətli qızı ilə nəvəsini məktəbdən gətirməyə gedib. Qayıdarkən qızına və Fatma Sarıya 2 it hücum edib. Balaca qız qaçıb canını qurtarsa da, anası və nənəsinə itlər hücum edib. Fatma Sarının baş dərisi soyulub.

AzNews.az



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.