SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
Mövsüm Səmədovun həbsindən 8 il ötür
ARAŞDIRMA 16:19 / 08.01.2019
Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun həbsindən 8 il ötür.

AİP sədri 2011-ci il yanvar ayının 7-də partiyanın qərərgahından çıxıb evə gedərkən sədr müavini Vaqif Abdullayevlə birgə saxlanılıb. Onlara məhkəmənin qərarı ilə ilkin olaraq 10 sutka həbs cəzası verilsə də, sonradan daha bir neçə nəfər də saxlanılaraq barələrində cinayət işi açılıb. 9 ay aparılan istintaq yekunlaşdıqdan sonra, Ağır Cinayətlərə Dair Məhkəmənin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasların yekununda Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova 12 il hökm oxunub.

Qeyd edək ki, 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını, ölkədə mövcud olan korrupsiya və rüşvətxorluğun geniş vüsət almasını, qanun pozuntularının artmasını kəskin şəkildə tənqid etmişdi.

Sədr müavini Vaqif Abdullayev həbsdən 1 il sonra cəzaçəkmə müəssisəsində dünyasını dəyişsə də, digəriləri - partiyanın Astara rayon komitəsinin sədri Rufulla Axundzadə, masallı ruhanisi Fəramiz Abbasov, M.Səmədovun əmisi oğlu Dəyanət Səmədov, qaynı Firdovsi Məmmədrzayev hələ də həbsdədir.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.