SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Lənkəranda vəhşilik - kənd sakini inəyi amansızlıqla öldürdü - VİDEO
HADİSƏ 17:10 / 04.01.2019

Lənkəran rayonunda tükürpədici hadisə baş verib. Kənd sakini həmkəndlisinin inəyini amansızlıqla öldürüb.

Hadisə rayonun Separadi kəndində baş verib.

Kənd sakini Məmmədov Raqib İmamverdi oğlu həmkəndlisinin inəyini öldürüb. Buna səbəb inəyini ona məxsus əraziyə daxil olması olub.

İnəyi öldürülən kənd sakini isə Elnur Əzimovdur. Belə ki, Elnur Əzimova məxsus bir neçə iribuynuzlu heyvan Raqib Məmmədovun ticarət obyektinin və yanındakı yarımtikilinin ərazisindən keçib. Bu zaman Raqib Məmmədov heyvanları daşla vurub. Daha sonra isə heyvanlar iki tikili arasından keçərək qaçmaq istəyiblər.

Bu zaman isə Raqib Məmmədov maşınından küt alət götürərək heyvanları vurmağa davam edib.

Əldə etdiyimiz görüntülərdən də aydın olur ki, heyvanların hər biri küt alətlə vurulduqdan sonra qaçmağa başlayırlar. Lakin həmin heyvanlardan biri iki tikili arasından sıxılıb qalır. Və bu zaman Raqib Məmmədov inəyin baş nahiyəsində çoxsaylı zərbələr endirərək onu öldürüb.

Həmin görüntüləri təqdim edirik.(musavat)



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.