SON XƏBƏRLƏR
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Anasının yasında ağlayaraq selfi etdi - Özgüvən əksikliyi, yoxsa xəstəlik... - VİDEO
HADİSƏ 09:42 / 03.01.2019

İnsanlarin gündəlik həyatlarında baş verənləri çəkib sosial şəbəkələrdə paylaşmaqları artıq adi hala çevrilib.

Məlumata görə, bu hal hətta o dərəcədə adiləşib ki, onlar yas yerlərindən belə şəkil və ya video ilə selfi edib öz kədərlərini sosiallaşdırırlar.

Məsələn, Azərbaycanda yas yerindən selfi edərək sosial şəbəkələrdə paylaşıblar. Vətəndaşlardan biri anasının yas yerindən selfi edib. O, "Qoy duysun hamı... Anamın öldüyünü hamı bilsin...Onu gəlib aparmaları üçün hazırlıq görürürəm...",-deyə selfi edərək paylaşıb.

Beləliklə, vətəndaş anasının öldüyünü hər kəsə duyurmaq üçün dil deyib ağlayaraq yas yerindən selfi edib və sosial şəbəkələrdə paylaşıb.

Psixoloq Gülnar Orucovanın fikrincə, vətəndaş sözugedən videonu sosial şəbəkələrdə paylaşaraq insanların onun dərdinə ortaq olmalarını, onların diqqətini özünə çəkmək istəyir. Onun sözlərinə görə, bu kimi hallara daha çox özgüvən əksikliyi yasayan, özünü təsdiq edə bilməyən insanlarda rast gəlinir.

Vətəndaşlar da yas yerindən selfi paylaşılmasını xoş qarşılamırlar.

Psixoloq bildirir ki, həddindən artıq selfi çəkib paylaşmaq bir sıra xəstəliklərin əlamətləri də ola bilər.

Psixoloq Gülnar Orucovanın sözlərinə görə, selfi xəstəliyinin hazırda müalicəsi yoxdur. Müalicə ancaq davranış terapiyası ilə ola bilər ki, o da müvəqqəti müalicə hesab olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.