SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Gürcüstan və Ermənistan BMT-nin ən yoxsul ölkələrinin siyahısındadır
HADİSƏ 09:21 / 03.01.2019
BMT üzv ölkələr üçün yeni üzvlük haqları cədvəlini təsdiq edib. Cədvələ əsasən üzvlük haqlarının miqdarı artıb.

Yeni plana əsasən ən çox üzvlük haqqı BMT-nin ümumi xərclərinin 22 faizi, ən aşağı həddi isə 0,01 faizi həcmində müəyyən edilib. Amerika Birləşmiş Ştatları 22 faizlik üzvlük haqqını ödəyəcək yeganə ölkə olacaq.

Siyahıda sonrakı yerləri 12,005 faizlə Çin Xalq Respublikası, 8,564 faizlə Yaponiya, 7 faizlə Almaniya və 4,427 faizlə Fransa tutur.

Rusiyanın ödəyəcəyi məbləğ BMT-nin ümumi xərclərinin 2,405 faizini təşkil edəcək. Qazaxıstan 0,187 faizlə siyahıda ilk onluqdadır.

Azərbaycan BMT büdcəsinin 0,049 faizi qədər üzvlük haqqı ödəyəcək.

Gürcüstan (0,008 faiz) və Ermənistan (0,007 faiz) siyahıda sonuncu yerləri tuturlar.

Beləliklə, Gürcüstan və Ermənistan BMT-nin ən yoxsul ölkələri siyahısında yer alıblar. 

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.