SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Merkeldən Ərdoğana çağırış: Təmkinli olun
HADİSƏ 11:20 / 31.12.2018

Bu gün Almaniya kansleri Angela Merkellə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Xəbər veririk ki, söhbət zamanı Suriyadakı vəziyyət müzakirə edilib.

Bildirilir ki, Merkel Türkiyənin Suriya qaçqınlarına ərazisində sığınacaq verdiyini xüsusi vurğulayıb. Kansler ümidvar olduğunu bildirib ki, Türkiyə ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsində təmkinli olacaq, məsuliyyəti dərk edərək reaksiya verəcək.

Merkel qeyd edib ki, İŞİD terror təşkilatı hələ də təhlükə mənbəyi olaraq qalır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.