SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
Fuad Muradov: `Dünyanın 50 ölkəsində 556 diaspor təşkilatımız var`
MÜSAHİBƏ 07:52 / 31.12.2018

Bu gün Azərbaycanın dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatı mövcuddur.

Bildiririk ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov "Xalq qəzeti"ndə dərc olunan məqaləsində qeyd edib.

Komitə sədri DİDK-da strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanıldığını bildirib:

"Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsində strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Türkiyə, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Hollandiya, Çin və Amerika Birləşmiş Ştatlarına səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri öyrənilib və həlli istiqamətində əməli tədbirlər görülür".

F.Muradovun sözlərinə görə, "bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatımız mövcuddur. Ümumiyyətlə isə son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporlarımızla görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olub və fikir mübadiləsi aparılıb".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.