SON XƏBƏRLƏR
19 Yanvar 2019
20 Yanvar 2019
18 Yanvar 2019
`Hilton Baku` hotelində yanğın olub
HADİSƏ 03:43 / 26.12.2018

"Hilton Baku" hotelində yanğın olub.

Hadisə hotelin mətbəxində qeydə alınıb. Yanğına qısaqapanma səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Faktxeber.com-a bildirilib ki, hotelin mətbəxində tüstülənmə baş verməsi barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub. Dərhal hadisə yerində yanğınsöndürənlər cəlb edilib.

Yanğınsöndürənlər hadisə yerinə çatanadək hotelin işçiləri tərəfindən tüstülənmənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.