SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
Mənşəyi məlum olmayan 686 kiloqram at əti aşkarlanıb
ARAŞDIRMA 20:08 / 24.12.2018

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, növbəti belə tədbir dekabrın 22-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Bərdə şəhəri ərazisində keçirilib.

S.Novruzovanın Cavanşir küçəsindəki həyətyanı sahəsindən mənşəyi məlum olmayan və natəmiz vəziyyətdə saxlanılan, çəkisi 686 kiloqram olan at əti aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.