SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Lənkəranda ağır qəza: ölən və yaralılar var - FOTO
HADİSƏ 16:14 / 24.12.2018

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-a istinadən xəbər veririk ki, hadisə Lənkəran-Boradigah yolunun Lənkəran ərazisində qeydə alınıb.

Sıx dumanlı hava şəraitində əks istiqamətlərdə hərəkətdə olan 42 BS 578 dövlət qeydiyyat nişanlı, "VAZ 2106” markalı avtomobil 42 BO 227 dövlət qeydiyyat nişanlı, "VAZ 2107” markalı avtomobillə toqquşub.

Nəticədə, "VAZ 2106”nın sürücüsü, Lənkəran rayon Havzsva kənd sakini, 1961-ci il təvəllüdlü İmaməliyev Allahverdi Sürət oğlu hadisə yerində ölüb.

"VAZ 2107”nin sürücüsü Ravin Şükürov və Lənkəranın Havzava kənd sakini, 1971-ci il təvəllüdlü Təranə Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.